• USD 1,7000 0,00% EUR 1,8828 +0,13%
    • GBP 2,2019 +0,23% RUB 0,0266 -0,38%

Avropa və dünya çempionumuz Kölndə – FOTO

  • İdman
  • 24 Fevral 2016 16:59
  • 605 Baxış
Avropa və dünya çempionumuz Kölndə – FOTO

Cüdo üzrə Avropa və dünya çempionumuz Nicat Şıxəlizadə məşqlərə başlayıb.

Publika.az xəbər verir ki, uzun müddət zədədən əziyyət çəkən Şıxəlizadə artıq sağalıb və məşqləri bərpa edib.

İdmançı milli komandanın tərkibində Almaniyanın Köln şəhərində təşkil olunan təlim-məşq toplanışında iştirak edir.

Qeyd edək ki, Nicat Şıxəlizadə qatıldığı son yarışda dizindən ciddi zədə almışdı. Bu səbəbdən uzun müddət idi ki, millinin məşqlərinə qatıla bilmirdi.

Cüdoçunun Türkiyədə müalicəsini federasiya qarşılamışdı.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR