• USD 1,7000 0,00% EUR 1,8744 0,00%
    • GBP 2,1898 0,00% RUB 0,0266 0,00%

Ukraynalı karateçi niyə Azərbaycanı seçib?

  • İdman
  • 24 Fevral 2016 18:40
  • 590 Baxış
Ukraynalı karateçi niyə Azərbaycanı seçib?

Azərbaycan karate yığmasının heyətində "Bakı 2015” I Avropa Oyunlarının qalibi olan İrina Zaretskaya Ukraynanı tərk etməsinin səbəbini açıqlayıb.

Publika.az xəbər verir ki, 20 yaşlı qadın idmançı yerli "7-ci telekanal"a açıqlamasında doğulub, boya-başa çatdığı Ukraynada perspektivin olmadığını bildirib. O deyib:

"Ukraynalı idmançılar yarışlara öz hesablarına hazırlaşmağa məcburdurlar. Yetərincə yarış və yetərincə titullar olub ki, mən öz ölkəmə qazandırmışam. Niyə insanlar başqa ölkəyə yollanırlar? Onlara sərfəli təkliflər edilir, yaxşı şərait yaradılır. Bizdə heç nə dəyşməyib. Biz öz hesabımıza məşq edib, çıxış edirik. Ona görə də digər variantlar axtarmalı oldum”.

Qeyd edək ki, İrina Zaretskaya 1 ildən çoxdur Azərbaycanı təmsil edir. Zaretskaya həm də dünya çempionudur. (Sportnet.az)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR