• USD 1,7000 0,00% EUR 1,8701 -0,13%
    • GBP 2,1822 -0,10% RUB 0,0264 -0,38%

Qitə çempionatlarında iştirakçıların sayı artırılır - QƏRAR

  • İdman
  • 24 Fevral 2016 22:33
  • 541 Baxış
Qitə çempionatlarında iştirakçıların sayı artırılır - QƏRAR

Dünya Güləş Birliyi yeniyetmələrin qitə çempionatlarında iştirak edəcək güləşçilərin sayının artırılması barədə qərar qəbul edib.

Publika.az xəbər verir ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna biləcək. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.

DGB İcraiyyə Komitəsinin belə bir qərar qəbul etməsi bütövlükdə dünyada güləş idman növünün inkişafına və təbliğinə imkan verəcək, həmçinin çox sayda yeniyetmə güləşçinin bu və ya digər səbəbdən kölgədə qalmaması üçün onlara şans verəcək.

Məlumat üçün bildirək ki, bu il yeniyetmələrin Avropa çempionatı 19-24 iyul tarixlərində İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR