• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

Onlar barışdılar - FOTO

  • İdman
  • 24 Fevral 2016 20:43
  • 1 779 Baxış
Onlar barışdılar - FOTO

Xəbər verdiyimiz kimi, bu günlərdə baş tutan kikboks üzrə Respublika çempionatında qalmaqal yaşanıb. Belə ki, fevralın 16-17-də keçirilən yarışda Dünya və Avropa çempionu, Dünya kubokunun sahibi Fuad Zeynalov rəqibi Kamil Şərifovdan üstün olduğu halda uduzdurulduğunu iddia edirdi. O, federasiyanın vitse-prezidenti Güloğlan Cabbarov və hakimlər haqda öz iradını bildirmişdi.

Fuad Zeynalov yarışdan sonra emosiyalarini saxlaya bilməmiş, ətrafındakıları ittiham etmişdi. Hətta F.Zeynalov açıqlamasında belə bir fikir də bildirib:

"Bu qərarı mənə "qardaş" deyən insanlar çıxardı. Bilmirəm, bu hərəkətin səbəbi nə idi: paxıllıqmı, qısqanclıqmı..."

Güloğlan Cabbarov isə Publika.az-a müsahibəsində F.Zeynalovun iradında haqsız olduğunu, bunu hakimlərlə birlikdə sübut edə biləcəklərini vurğuladı. Həmçinin federasiya rəsmisi onları revanşa dəvət etdi. Ancaq onlar “ağ bayraq” qaldırıb, barış elan ediblər. Bu haqda Güloğlan Cabbarov “facebook”da F.Zeynalovla çəkilmiş şəkillərini paylaşıb və belə bir rəy yazıb:

“Mənim üçün kikboksda, rinqdə dost anlayışı yoxdur. Amma kənarda hər zaman gözüm üstə yeriniz var. Məni istəyən dost, yaxud qohum bir baş üstün döyüşməlidir ki, bizim dilimiz dost-düşmən içində uzun olsun”.

Fuad Zeynalov da həmin paylaşıma yazdığı şərhdə səhvini etiraf edib:

“Doğrudan da Güloğlan Cabbarov öz böyüklüyünü göstərdi. Hirsli başda ağıl olmaz deyirlər. Rinq hakimlərinin günahını yıxdım ərk etdiyim tərəfə. Boş ver getsin...”

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR