Formula-1-ə 10000 könüllü müraciət edib
Bizi izləyin

İdman

Formula-1-ə 10000 könüllü müraciət edib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) elan edir ki, Formula 1 Avropa Qran Prisinin Könüllülük proqramına onlayn qaydada aparılan qeydiyyat prosesi 4 mart 2016-ci il tarixində saat 23:59-dək davam edəcək.

BŞH ölkə ictimaiyyətinin diqqətinə böyük məmnuniyyətlə çatdırır ki, gənclər arasında Könüllülük proqramına rəğbət olduqca böyükdür. Belə ki, Könüllülük proqramına qeydiyyatın başlandığı 19 dekabr 2015-ci il tarixindən etibarən könüllü olmaq üçün 10 mindən çox müraciət qəbul olunub.

Məlumat üçün bildirək ki, Formula 1 Avropa Qran Prisində 5 min könüllünün iştirakı nəzərdə tutulur. İndiki mərhələdə, qeydiyyatdan keçənlər müsahibə üçün Könüllülər Mərkəzinə dəvət olunurlar. Müsahibə prosesini uğurla başa vuran namizədlər növbəti mərhələdə könüllülərin yarışa hazırlığı ilə əlaqədar keçiriləcək təlimlərə cəlb olunacaqlar.

Avropa Qran Prisinin könüllüsü olmaq istəyənlər BŞH-nın rəsmi saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər: www.bakucitycircuit.com/az/konullulr

Oxumağa davam et
Reklam
Reklam

Gündəm