
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab qarşılaşmaları çərçivəsində İstanbulun “Fənərbağça” komandası Moskvada “Lokomotiv”lə görüşüb. Prinsipial keçən oyun 1:1 hesabı ilə başa çatıb.
Hesabı birinci hissənin 45-ci dəqiqəsində “Lokomotiv” komandası açıb. Oyunun 81-ci dəqiqəsində isə Türkiyə təmsilçisi hesabı bərabərləşdirib.
Beləliklə, “Fənərbağça” iki oyunun nəticəsinə görə (3:1) 1/8 final mərhələsinə yüksələn ilk komanda olub.
Xatırladaq ki, bir qədər sonra 1/16 final mərhələsinin digər 15 cavab qarşılaşması start götürəcək.