İngiltərə və İspaniyanın hegemonluğu, Türkiyənin bir təmsilçisi qaldı (YENİLƏNİB)
Bizi izləyin

İdman

İngiltərə və İspaniyanın hegemonluğu, Türkiyənin bir təmsilçisi qaldı (YENİLƏNİB)

Avropa Liqasının 1/16 final mərhələsinə yekun vurulub.

Publika.az xəbər verir ki, mərhələnin ilk oyun günündə bir görüş baş tutub. Portuqaliya "Braqa"sı evdə İsveçrənin "Syon" klubuyla qarşılaşıb. İlk oyunda 2:1 hesabıyla qalib gəlmiş Portuqaliya təmsilçisi evdə 2:2 hesablı heç-heçə edərək, 1/8 final mərhələsinə ilk vəsiqəni əldə edib.

Bu gün daha 15 oyun başa çatıb. "Fənərbaxça" ilk oyunda 2:0 hesabıyla məğlub etdiyi "Lokomotiv"lə cavab oyununda 1:1 hesablı bərabərə qalaraq, 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Türkiyənin digər təmsilçisi "Qalatasaray" isə səfərdə "Latsio" ilə üz-üzə gəlib. İlk oyunda italyanlarla evdə 1:1 hesabıyla bərabərə qalan Mustafa Dənizlinin yetirmələri səfərdə 1:3 hesabıyla uduzaraq mübarizəni dayandırıb.

İngiltərə klubları bu mərhələni itkisiz başa vurub.

Avropa Liqası, 1/16 final, cavab oyunları

24 fevral

21:00 Braqa (Portuqaliya) - Syon (İsveçrə) 2:2 (ilk oyun 2:1)

Qol: Jozue, 28-pen. Stojiljkoviç, 49 - Gekas, 16; 29.

25 fevral

20:00 Lokomotiv (Rusiya) - Fənərbaxça (Türkiyə) 1:1 (0:2)

Qol: Səmədov, 44 - Mehmet Topal, 83.

22:00 Şalke (Almaniya) - Şaxtyor (Ukrayna) 0:3 (0:0)

Qol: Marlos, 27. Ferreyra, 63. Kovalenko, 77.

22:00 Atletik B (İspaniya) - Marsel (Fransa) 1:1 (1:0)

Qol: Merino, 81 - Batşuayi, 40.

22:00 Liverpul (İngiltərə) - Auqsburq (Almaniya) 1:0 (0:0)

Qol: Milner, 5-pen.

22:00 Krasnodar (Rusiya) - Sparta (Çexiya) 0:3 (0:1)

Qol: Mareçek, 51. Fridek, 57. Fatai, 70.

22:00 Latsio (İtaliya) - Qalatasaray (Türkiyə) 3:1 (1:1)

Qol: Parolo, 59. Anderson, 61. Kloze, 72 - Yasin Öztəkin, 62.

22:00 Bayer L (Almaniya) - Sportinq (Portuqaliya) 3:1 (1:0)

Qol: Bellarabi, 30; 65. Hakan Çalhanoğlu, 87 - Joao Mario, 38.

22:00 Rapid (Avstriya) - Valensiya (İspaniya) 0:4 (0:6)

Qol: Rodriqo, 59. Fequli, 64. Piatti, 72. Mustafi, 88.

00:05 Tottenhem (İngiltərə) - Fiorentina (İtaliya) 3:0 (1:1)

Qol: Meyson, 25. Lamela, 63. Rodriqes, 81.

00:05 Portu (Portuqaliya) - Borussiya D (Almaniya) 0:1 (0:2)

Qol: Obameyanq, 23.

00:05 Napoli (İtaliya) - Vilyarreal (İspaniya) 1:1 (0:1)

Qol: Hamşik, 17 - Pina, 59.

00:05 Bazel (İsveçrə) - Sent-Etyen (Fransa) 2:1 (2:3)

Qol: Zuffi, 15; 92 - Sall, 90.

00:05 Molde (Norveç) - Sevilya (İspaniya) 1:0 (0:3)

Qol: Hestad, 43.

00:05 Olimpiakos (Yunanıstan) - Anderlext (Belçika) 1:2, əlavə vaxtda (0:1)

Qol: Fortunis, 30-p - Aşamponq, 103, 112..

00:05 Mançester Y (İngiltərə) - Midtyulland (Danimarka) 5:1 (1:2)

Qol: Bodurov, 32-a/q. Raşford, 64; 75. Errera, 88-p. Memfis, 90 - Sisto, 28.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm