• USD 1,7000 0,00% EUR 1,8804 +0,32%
    • GBP 2,1969 +0,32% RUB 0,0267 +0,37%

Sensasion iddia: FİFA-ya ABŞ nəzarət edir

  • İdman
  • 26 Fevral 2016 12:30
  • 561 Baxış
Sensasion iddia: FİFA-ya ABŞ nəzarət edir

Jozef Blatter FİFA ilə bağlı sensasion iddia irəli sürüb.

Publika.az xəbər verir ki, isveçrəli funksioner FİFA-nın tamamilə ABŞ-ın ədliyyə nazirliyinin nəzarətində olduğunu bildirib. O, İsveçrə mətbuatına verdiyi açıqlamada FİFA-nın Etika Komitəsinin də müstəqil olmadığını iddia edib:

“Hazırda FİFA administrasiyası ABŞ-ın ədliyyə nazirliyinin nəzarətindədir. Bu, danılmaz faktdır. Etika komitəsi isə FİFA administrasiyasının nəzarətindədir. Baxmayaraq ki, onlar müstəqil olduqlarını iddia edirlər”.

Bir neçə gün əvvəl FİFA-nın apellyasiya komitəsi Jozef Blatterlə Mişel Platininin cəzasını 8 ildən 6 ilə endirib. Hər iki funksioner qərardan narazı olduğunu bildirib və sona qədər mübarizə aparacaqlarını deyiblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR