“Zirə”nin futbolçuları “Xocalıya ədalət” istədi - VİDEO
Bizi izləyin

İdman

“Zirə”nin futbolçuları “Xocalıya ədalət” istədi - VİDEO

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ-nin 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırım həyata keçirmişdir. Xüsusi amansızlıqla həyata keçirilən soyqırım nəticəsində 2500 əhalisi olan Xocalı tamamilə dağıdılmış, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla ümumilikdə 613 nəfər vəhşicəsinə qətlə yetirilmiş, 8 ailə tamami ilə məhv edilmişdir. Bundan başqa, 487 nəfər yaralanmış, 1275 nəfər əsir alınmış, 150 Xocalı sakini isə itkin düşmüşdür.

“Zirə” Peşəkar Futbol Klubu təkcə millətimiz üçün yox, bəşəriyyət üçün böyük faciə olan Xocalı soyqrımı ilə bağlı xalqımıza dərin hüznlə başsağlığı verir, günahkarların tezliklə cəzalandırılmasını diləyir.

Publika.az “Zirə” futbol klubunun “Xocalıya ədalət” adlı videoçarxını təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm