Millimizin heyəti açıqlandı – Dünya kuboku üçün
Bizi izləyin

İdman

Millimizin heyəti açıqlandı – Dünya kuboku üçün

Batut gimnastikası üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, matın 5-6-da Bakıda keçiriləcək Dünya Kubokuna ölkəmiz 6 idmançı ilə qatılacaq.

Yarışda I Avropa Oyunlarının bürünc medalçısı İlya Qrişunin, finalçısı Svetlana Makştarova və Sabina Zaytseva, açıq Azərbaycan çempionatının qalibi Oleq Piunov, Dmitri Fedorovski və Ruslan Ağamirov mübarizə aparacaqlar.

Dünya Kubokunda ümumilikdə 18 ölkəni təmsil edən 78 gimnast fərdi və sinxron proqramda çıxış edəcək. Bunlardan 46-sı kişi, 32-si isə qadındır. Paytaxtımıza gələcək ölkələr sırasında Yaponiya, Avstraliya, ABŞ milliləri də olacaq.

Proqrama əsasən, ilk gündə təsnifat mərhələsi keçirilən yarışlar bir gün sonra finallarla yekunlaşacaq.

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin sonundan inkişaf etməyə başlayan batut gimnastikası üzrə Dünya Kuboku ölkəmizdə ilk dəfə təşkil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm