Onun vertolyotunu da əlindən aldılar
Bizi izləyin

İdman

Onun vertolyotunu da əlindən aldılar

“Barselona”nın futbolçusu Neymarın Braziliya hökuməti ilə vergi qalmaqalı böyüyür.

Publika.az xəbər verir ki, məhkəmə futbolçunun vertolyotu ilə bağlı da həbs qərarı çıxarıb. Vertolyot futbolçunun bir müddət əvvəl həbs qərarı tətbiq olunan əmlakının arasında olmayıb.

Vertolyotun qiyməti 3,8 milyon dollardır. Məhkəmə futbolçuya vertolyotdan istifadə etməyə icazə verib. Amma Neymar onu sata bilməz. Neymarın və ailəsinin dondurulmuş aktivlərinin dəyəri 44 milyon avroya çatıb.

Futbolçu 2011-2013-cü illərdə vergidən yayınmaqda ittiham olunur. Braziliya hakimiyyəti Neymarın 14,5 milyon vergi ödəməli olduğunu bildirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm