Güləş formaları dəyişdirilir - RƏSMİ QƏRAR
Bizi izləyin

İdman

Güləş formaları dəyişdirilir - RƏSMİ QƏRAR

Güləş idman növünün modernləşdirilməsi prosesinin davamı olaraq, Dünya Güləş Birliyi güləşçilərin yarış geyimlərində yeni qaydalar tətbiq edəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, artıq güləşçilər əvvəlki kimi göy və qırmızı rəngli standart güləş geyimlərindən deyil, hər bir ölkə federasiyasının özünəməxsus hazırlatdığı, milli rənglərdən istifadə edilmiş güləş geyimlərindən istifadə edə biləcək.

Yeni qaydalara əsasən, güləş geyiminin ayaq və kürək hissəsində göy və ya qırmızı zolaq mütləqdir. Güləş geyiminin ön tərəfində - sinədə ölkənin bayrağı və federasiyanın loqosu, arxa tərəfində - kürək hissəsində isə ölkə adının abreviaturası və idmançının soyadı əks olunmalıdır.

Geyimlə bağlı edilmiş dəyişikliklər 22-24 apreldə Monqolustanın Ulan Bator şəhərində keçiriləcək birinci Dünya təsnifat turnirində və 6-8 mayda Türkiyənin İstanbul şəhərində keçiriləcək sonuncu Dünya təsnifat turnirində ilk dəfə tətbiq ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm