Məşhur futbolçu ayağını qumara qoydu
Bizi izləyin

İdman

Məşhur futbolçu ayağını qumara qoydu

“Barselona”nın müdafiəçisi Xerard Pike Neymarın “Real”a keçəcəyiylə bağlı yayılan söz-söhbətə münasibət bildirib.

Publika.az xəbər verir ki, Pike Neymarın “Real”a keçməyəcəyini deyib. O, buna o qədər əmindi ki, mərc gələ biləcəyini də vurğulayıb:

“Ayağımı qoyaraq mərc gəlirəm, Neymar heç vaxt “Real”a keçməyəcək. Onu “Barselona”da hər şey qane edir. O, bu kluba vurulub. Özüm də onu yüksək dəyərləndirirəm. Bizim əla münasibətlərimiz var. Hesab edirəm ki, Neymar hələ uzun müddət “Barsa”da oynayacaq”.

İspaniya mətbuatı iddia edir ki, “Real” Neymara görə 190 milyon, onun özünə isə 5 illik müqavilə üçün illik 35 milyon avro təklif edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm