AZAL-a yaxın durmaq mümkün deyil
Bizi izləyin

İdman

AZAL-a yaxın durmaq mümkün deyil

AZAL Azərbaycan çempionatında ardıcıl 6 ev oyununda qol buraxmır.

Publika.az PFL-in saytına istinadən xəbər verir ki, 2015-ci il noyabrın 7-də “Kəpəz”lə 1:1 hesablı heç-heçəyə imza atan paytaxt klubu öz meydanında son qolu Gəncə təmsilçisindən buraxıb. Jülien Ebahın 82-ci dəqiqədə vurduğu topdan sonra 6 komanda “AZAL Arena”nı qolsuz tərk edib. “Sumqayıt”ı 2, “Xəzər Lənkəran”, “Zirə” və “Qarabağ”ı 1 qolla məğlub edən Tərlan Əhmədovun yetirmələri “İnter”lə heç-heçədən sonra “Rəvan”a da qalib gəlib - 1:0.

Bununla da evdəki “quru seriya”sını 6 oyuna və ya 548 dəqiqəyə çatdıran AZAL klub tarixinin rekordunun bir addlmlığınadək irəliləyib. Belə ki, paytaxt təmsilçisi 2007/08 mövsümünün ikinci yarısında öz meydanında keçirdiyi 7 matçda qol buraxmamışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm