"Böyük oyun"da kiçik hesab: sönük oyun, 1 qol, 3 xal
Bizi izləyin

İdman

"Böyük oyun"da kiçik hesab: sönük oyun, 1 qol, 3 xal

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün növbəti "Böyük oyun"u - "Neftçi" - "Xəzəri Lənkəran" matçı baş tutub. Qarşılaşma əzəli rəqiblər arasında cari mövsümə təsadüf edən 5-ci görüş olub.

Bu gün Azərbaycan Premyer Liqasında mövsümün növbəti "Böyük oyun"u - "Neftçi" - "Xəzəri Lənkəran" matçı baş tutub. Qarşılaşma əzəli rəqiblər arasında cari mövsümə təsadüf edən 5-ci görüş olub.

Sönük keçən oyunun taleyini bir qol həll edib. 78-ci dəqiqədə qapı qarşısına Bruno Bertuççinin ötürməsini Ernest Nfor başla qapıdan keçirərən "Neftçi"yə əzəli rəqibi üzərində minimal hesablı qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, mövsümün bundan əvvəl baş tutan 4 "Böyük oyun"undan 3-ü Premyer Liqada, biri Supekubokda keçirilib. Çempionatdakı "Neftçi" - "Xəzər Lənkəran" oyunlarından ikisində qalib müəyyənləşməyib (0:0, 2:2), birində "ağ-qaralar" qələbəyə sevinib (4:1). Naxçıvandakı Superkubok matçında isə "Xəzər Lənkəran" 2:1 hesablı qələbə qazanıb. Bugünkü "Böyük oyun" cari mövsüm üçün son olmaya bilər. Belə ki, hər iki komandanın Azərbaycan Kubokunun finalına çıxmaq şansı var.

Bu matç əzəli rəqiblər arasında 33-cü qarşılaşma olub. 3 dəfə Azərbaycan kuboku, 1 dəfə Superkubokda görüşən rəqiblər 29 dəfə çempionatda münasibətlərini aydınlaşdırıb. "Neftçi" bu gün əzəli rəqibi üzərində 10-cu qələbəsini qazanıb. 9 oyunda "Xəzər Lənkəran" sevinib, 14 matçda qalib müəyyənləşməyib. Kubokda heç-heçə yekunlaşan matçlardan birində "ağ-qaralar" penalti seriyasında qələbəni bayram edib. “Böyük oyun”larda sonuncu dəfə səfərdə qalib gələn komanda “Xəzər Lənkəran”dı. Lənkəran klubu 2011-ci il martın 3-də kubokun 1/4 finalında meydan sahiblərini 4:3 hesabı ilə məğlub edib.

Əzəli rəqiblər çempionatda 29-cu dəfə qarşılaşıb. Bu qarşılaşmalarda "Neftçi" 10, "Xəzər Lənkəran" 7 qələbə qazanıb. 12 oyunda tərəflər meydandan bir xalla ayrılıb. "Ağ-qaralar"ın 31 qoluna lənkəranlılar 23 dəfə cavab verə bilib. “Böyük oyun”larda qonaqlar 2148 gündü qələbəyə həsrətdi. Belə ki, 6 ilə yaxındı rəqiblərdən heç biri səfərdə qalib gələ bilmir.

Premyer Liqa

2013/14 mövsümü

IV dövrə, XXVIII tur

29 mart

Neftçi - Xəzər Lənkəran 1:0

Qol: Ernest Nfor, 78.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. İqor Mitreski, 7. Araz Abdullayev (21. Samir Məsimov, 80), 9. Flavinyo, 10. Cavid İmamverdiyev (23. Ruslan Qurbanov, 58), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 19. Mirhüseyn Seyidov, 22. Mahir Şükürov (k), 90. Ernest Nfor (3. Denis Silva, 90+1).

Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 8. Elşən Abdullayev, 95. Elvin Bədəlov.

Baş məşqçi: Böyükağa Hacıyev.

Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 10. Elnur Abdullayev, 11. Zohair Banouahi (4. Alvaro Silva, 76), 12. Junior Nildo (7. Sadio Tounkara, 62), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (2. Slavik Alxasov, 46), 20. Mbilla Etame, 23. Nikola Qliqorov, 27. Manuel Skarlatake.

Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 16. Adrian Pit, 30. Elias, 55. Ağabala Ramazanov.

Baş məşqçi: Mustafa Dənizli.

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vaqif Musayev, Fərid Məmmədov.

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Ramiz Mustafayev.

Hakim-inspektor: Gülağa Cabbarov.

"Bakcell Arena". Saat 17.00.

1

Qarabağ

27

17

7

3

50-14

58

2

Neftçi

28

15

6

7

41-33

51

3

Bakı

28

14

6

8

45-30

48

4

İnter

27

13

6

8

41-31

45

5

Qəbələ

27

13

5

9

37-28

44

6

Simurq

28

10

9

9

31-22

39

7

Xəzər L

28

8

10

10

28-39

34

8

AZAL

27

6

8

13

26-40

26

9

Rəvan

27

3

8

16

15-46

17

10

Sumqayıt

27

2

7

18

16-47

13

Bombardirlər: Reynaldo (Qarabağ) - 15. Vaqif Cavadov (İnter) - 12. Daniel Subotiç (Qəbələ) - 11. Draqan Çeran (Simurq) - 9. Mbilla Etame (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı) - 8.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm