İdman
Direktor biabırçılıqdan danışdı: “Məsələ belə şişirdilməməlidir”
"Qarabağ" - "Qəbələ" matçının keçirildiyi Tofiq Bəhramov adına Respublika stadionunda qəribə olay yaşanması barədə məlumat vermişdik.
Belə ki, oyundan öncə stadionu qardan təmizləməyi düşünən arena rəhbərliyi otbiçən maşının arxasına nərdivan bağlayaraq qarı təmizləməyə başlayıb.
Məsələ ilə bağlı mərkəzi arenanın direktoru Akif İsmayılovun fikirlərini öyrəndik. Akif müəllimdən stadionun təmizləmə qurğusunun niyə olmaması barədə soruşduq.
Publika.Az-a danışan Akif İsmayılov iradları qəbul etməyərək məsələnin şişirdildiyini bildirdi:
“Dünyanın heç bir yerində təmizləmə qurğusu yoxdur. Stadiona başqa ağır avadanlıq salıb ot örtüyünü zədələmək istəmədik. Burada biabırçılıqdan söz gedə bilməz. “Qalatasaray”ın oyununda meydan təmizlənmədi deyə oyun təxirə salındı.
Hətta “Şəfa” stadionunda belə hallarda oyun təxirə salınır. Bizdə də belə olmalı idi. Amma AFFA tərəfindən bizə göstəriş gəldi ki, 15 dəqiqə içərisində stadion hazır vəziyyətə gətirilməlidir. Biz də 15 dəqiqə içərisində stadionu təmizləyib, komandaların ixtiyarına verdik”.
Akif İsmayılov komandaların narazı olub – olmaması məsələsinə də aydınlıq gətirdi:
“Hər iki komandadan soruşa bilərsiniz. Heç biri stadionun təmizləndikdən sonrakı vəziyyətindən şikayət etmədi. Ot örtüyündə zədələnmə olmamışdı”.
Aygün İlqarqızı
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR