"Qarabağ" Avropanın zirvəsində
Bizi izləyin

İdman

"Qarabağ" Avropanın zirvəsində

"Qarabağ" Avropanın ən yaxşı müdafiə xəttinə sahib olan klubudu. Ağdam klubu cari mövsümdə ən az qol buraxan klublar siyahısında birinci pilləyə yüksəlib.

"Qarabağ" Avropanın ən yaxşı müdafiə xəttinə sahib olan klubudu. Ağdam klubu cari mövsümdə ən az qol buraxan klublar siyahısında birinci pilləyə yüksəlib.

Sonuncu 24-cü turun "Neftçi" ilə oyununda qol buraxan komanda (4:1) “Bakı” (4:0), “İnter” (3:0), “Sumqayıt” (3:0) və “Qəbələ” (3:0) matçlarında qapısını toxunulmaz saxlayıb. "Qarabağ" cari mövsümdə 14 qola üzülüb.

Premyer Linanın lideri son turadək Avropa klubları arasında yalnız "Bavariya"dan geri qalırdı. Sonuncu turda "Hoffenhaym"la 3:3 hesablı heç-heçəyə razılaşan Münhen klubunun buraxdığı qolların sayı 16-ya çatıb.

Ən az qol buraxanların siyahısında "Simurq" da var. Zaqatala təmsilçisi 22 oyunda 22 dəfə məyus olub və "Qalatasaray", "Ayaks", "Yuventus", "Atletiko", və "Artomitos"lə birlikdə 14-19-cu pilləri bölüşür.

Avropanın 14 önəmli milli çempionatında və Azərbaycanda ən azı qol buraxan klubları təqdim edirik:

1. Qarabağ - 14

2. Roma - 15

3. Benfika - 15

4. Bavaryia - 16

5. Seltik - 16

6. Standard - 17

7. Olimpiakos - 17

8. Sportinq - 17

9. Lokomotiv - 17

10. PSJ - 18

11. Lill - 19

12. Portu - 20

13. Midilyand - 21

14. Qalatasaray - 22

15. Simurq - 22

16. Ayaks - 22

17. Yuventus - 22

18. Atletiko - 22

19. Artomitos - 22

20. Zenit - 23

21. Çelsi - 24

22. Panatiniakos - 24

23. Barselona - 25

24. Beşiktaş - 25

25. Eskişəhərspor - 25

Oxumağa davam et
Reklam
Reklam

Gündəm