Qadın güləşçimiz Avropa çempionu oldu
Bizi izləyin

İdman

Qadın güləşçimiz Avropa çempionu oldu

Bolqarıstanın Ruse şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatında Azərbaycan təmsilçiləri daha 3 medal qazanıb.

Publika.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan 4 qadın güləşçidən yalnız Anna Pavliv (48 kq) 5-ci yerlə kifayətlənib. Əvəzində bütün rəqiblərini məğlub edən Tatyana Omelçenko (60 kq) Avropa çempionu olub. Almaz İsmayılova (55 kq) və Elis Manolova (69 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, Avropa çempionatının ilk iki günündə mübarizə aparan Azərbaycan yunan-Roma güləşçilərindən Murad Məmmədov (59 kq) gümüş, Ruhin Mikayılov (71 kq) və Elton Vəzirzadə (80 kq) bürünc medala sahib olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm