Azərbaycan DÇ-2026 haqda düşünmür - RƏSMİ
Bizi izləyin

İdman

Azərbaycan DÇ-2026 haqda düşünmür - RƏSMİ

Gənclər və idman naziri Azad Rəhimov FİFA prezidenti Canni İnfantinonun 2026-cı il dünya çempionatına Azərbaycan və Türkiyənin namizədliyini irəli sürmək istəyinə dair açıqlamasına münasibət bildirib.

Publika.az xəbər verir ki, A.Rəhimov belə bir məsələnin gündəmdə olmadığını deyib. Bununla belə, nazir müzakirələrin yerli assosiasiyalar tərəfindən aparılması ehtimalını istisna etməyib:

"2026-cı il dünya çempionatının Türkiyə və Azərbaycanda keçirilməsini biz sifariş verməmişik. Biz onu Türkiyə ilə müzakirə etməmişik. Ola bilsin, bu assosiasiyalar səviyyəsində müzakirə olunub. Amma dövlət tərəfindən hazırda bu barədə heç nə düşünülmür".

Qeyd edək ki, Canni İnfantino DÇ-2026-ya Azərbaycan və Türkiyənin də birgə ev sahibliyi etmək istədiyini bildirib. O, siyahıda Kanada, Meksika, Mərakeş, İngiltərə, ABŞ, Kolumbiya, Qazaxıstan və Avstraliya - Yeni Zelandiyanın da olduğunu açıqlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm