Bu gün diqqətlər Qəbələyə yönələcək
Bizi izləyin

İdman

Bu gün diqqətlər Qəbələyə yönələcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, tura Şüvəlanda start veriləcək. AZAL doğma meydanda Gəncənin "Kəpəz" klubunu qəbul edəcək.

Cari mövsümdə istədiyi nəticəni qazana bilməyən "Xəzər Lənkəran" isə turnir cədvəlinin vahid lideri "Qarabağ"la qaşrılaşacaq. Oyunun nəticəsindən asılı olmayaraq komandaların mövqelərində heç bir dəyişiklik olmayacaq.

Son turda "Kəpəz"ə səfərdə məğlub olan "Zirə" isə 8-ci pillədə qərarlaşan "Sumqayıt"ı sınağa çəkəcək.

Turun sonuncu - mərkəzi görüşündə isə "Qəbələ" doğma azarkeşlər önündə "İnter"i sınağa çəkəcək. "Bankirlər" UEFA-nın qərarından sonra cari mövsümdə yalnız Premyer Liqa medalları uğrunda mübarizə aparacaqsa, "Qırmızı-qaralar" avrokubok iddiasını davam etdirir. "Qəbələ" qalib gələrsə, turnir cədvəlində qonşusu olan paytaxt klubu ilə xal fərqini bərabərləşdirəcək.

Azərbaycan Premyer Liqası. 28-ci tur

3 aprel

15:00 AZAL – Kəpəz

Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Knyaz Əmiraslanov, Ramil Əhmədov

AFFA nümayəndəsi: Abbas Hüseynov

Hakim-inspektor: Kərim Ağayev

"AZAL Arena"

16:00 Xəzər Lənkəran – Qarabağ

Hakimlər: Ramil Diniyev, Nahid Əliyev, Vüsal Qənbərov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Fazil Mürşüdov

"Xəzər Lənkəran” mərkəzi stadionu

16:00 Zirə – Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Zirə İdman Kompleksinin stadionu

17:00 Rəvan – Neftçi

Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Coşqun Həsənov, Ziya Nəsirov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Əli Hüseynov

"Bayıl Arena"

19:00 Qəbələ – İnter

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Namiq Hüseynov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Rövşən Əhmədov

Qəbələ şəhər stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm