Daha bir əfsanə həyatla vidalaşdı
Bizi izləyin

İdman

Daha bir əfsanə həyatla vidalaşdı

İtaliya futbolunun əfsanəsi Çezare Maldini dünyasını dəyişib.

Publika.az xəbər verir ki, "Milan"ın simvolu 84 yaşında vəfat edib.

O, 1954-1966-cı illərdə bu klubun heyətində 4 dəfə İtaliya çempionluğunu qazanıb. Maldini "Milan"la Çempionlar Liqasının da qalibi olub. Müdafiəçi "Milan"da 412 oyun keçirib, 3 qol vurub. İtaliya yığmasında isə 14 oyuna çıxıb.

O, məşqçi karyerası ərzində də xeyli uğur qazanıb. "Milan" onun rəhbərliyi altında İtaliya kubokunu və Kuboklar Kubokunu qazanıb. Onun oğlu Paolo Maldini də İtaliya futbolunda böyük iz qoyub.

Qeyd edək ki, bir meçə gün əvvəl başqa bir futbol əfsanəsi hollandiyalı Yohan Kroyff da dünyasını dəyişmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm