44 gündən sonrakı məğlubiyyət acısı
Bizi izləyin

İdman

44 gündən sonrakı məğlubiyyət acısı

"Kəpəz" Premyer Liqanın 28-ci turunda AZAL-a 0:3 hesabı ilə uduzub.

Publika.az xəbər verir ki, Gəncə klubunun 2 uğurlu seriyası başa çatıb.

"Kəpəz"in 5 oyunlun məğlubiyyətsiz oyunlar seriyası bitib. Şahin Diniyevin yetirmələri sonuncu dəfə 19 fevralda keçirilən 22-ci turun "İnter"lə səfər oyununda yenilmişdi - 0:1. Beləliklə, gəncəlilər 44 gün sonra məğlubiyyət acısı yaşayıb.

"Kəpəz"in 4 oyunluq qələbə seriyasına da son qoyulub. Komanda sonuncu dəfə 23-cü turun "Sumqayıt"la ev oyununda xal itirmişdi - 0:0. Həmin oyundan sonra baş tutan matçlarda "Kəpəz" "Rəvan"ı (3:1), "Xəzər Lənkəran"ı (2:0), "Neftçi"ni (3:2) və "Zirə"ni (2:0) məğlub etmişdi.

Qeyd edək ki, meydan sahibləri ötən gecə cəbhə xəttində şəhid olanların xatirəsini 1 dəqiqəlik sükutla yad edərkən futbolçular hərbi salam verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm