Nəhayət ki, 317 gündən sonra...
Bizi izləyin

İdman

Nəhayət ki, 317 gündən sonra...

AZAL mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Publika.az PFL-in saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının 28-ci turunda “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən paytaxt klubu həm də cari mövsümdə ilk dəfə eyni qarşılaşmada 2-dən artıq qol vurub.

Əvvəlki 27 görüşdə maksimum 2 top vuran və bu üzdən də böyük hesabla qalib gəlməyən Tərlan Əhmədovun yetirmələri sonuncu uğurunu ötən çempionatda əldə etmişdi. 2014/15 mövsümünün sonuncudan əvvəlki qarşılaşmasında “Simurq”u qəbul edən AZAL 5:0 hesabına sevinmişdi. 2015-ci il mayın 22-dəki görüşdən 317 gün sonra bakılılar 2-dən çox qol vurub və ən azı 3 top fərqli qələbə əldə edib. Ötən çempionatın son oyununu da saysaq, AZAL bunu 28 matçdan sonra gerçəkləşdirib.

“Kəpəz” isə mövsümdə ikinci dəfə 0:3 hesabı ilə uduzub. Gəncəlilər 134 gün əvvəl “Qarabağ”la matçda da paytaxtdan böyükhesablı məğlubiyyətlə dönmüşdü.

Bu, AZAL-ın Premyer Liqadakı çıxışı tarixində yubiley - 20-ci böyükhesablı qələbədi. Bakılılar bu göstəricidə 12-cidir. Ən çox belə uduzanlar sırasında 6-cı olan “Kəpəz” isə 33-cü dəfə 3 və daha çox top fərqiylə yenilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm