“Qarabağ”ın futbolçusu: “Ali Baş Komandan əmr versin...”
Bizi izləyin

İdman

“Qarabağ”ın futbolçusu: “Ali Baş Komandan əmr versin...”

Dünən Azərbaycan Premyer Liqasının 28-ci turunda “Qarabağ” səfərdə “Xəzər Lənkəran” üzərində 2:1 hesablı qələbə qazanıb.

Publika.az xəbər verir ki, matçdan sonra “Qarabağ”ın futbolçusu Əfran İsmayılov sportarena.az saytına müsahibə verib. Oyun haqda danışan 27 yaşlı yarımmüdafiəçi jurnalistin “Son günlər cəbhədə baş verən hadisələr barədə nə düşünürsən” sualına maraqlı cavab verib:

“Hamının fikri oyundan əvvəl cəbhə bölgəsində idi. Allah orada şəhid olan əsgərləri və dinc əhalini rəhmət etsin. Yaxınları və qohumlarına səbr diləyirəm. Mənim arzumdur ki, Ali Baş Komandan əmr versin və mən vətənimi qorumaq üçün cəbhə bölgəsinə gedim. Futbol və ya karyera mənim üçün ikinci dərəcəli bir şeydir. Hamı üçün əsas məsələ vətəni, torpağı qorumaqdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm