
“Qarabağ” futbol klubunun braziliyalı ulduzu Reynaldo da Silva öz instagram səhifəsində Azərbaycan Silahlı Qüvvələrinə dəstəyini ifadə edib.
Publika.az xəbər verir ki, “Qarabağ”ın 9 nömrəsi öz fotosunun üzərinə Azərbaycan bayrağını əlavə edib.
"Qarabağ"ın digər legionerləri - Ansi Aqolli, İbrahim Şehiç və Riçard Almeyda da Azərbaycan bayrağına bürünmüş fotolarını sosial şəbəkələrdə paylaşıblar.