AÇ-2024-ə 4 ölkə namizəddir
Bizi izləyin

İdman

AÇ-2024-ə 4 ölkə namizəddir

Danimarka, İsveç, Norveç və Finlandiya futbol üzrə 2024-cü il Avropa çempionatını təşkil etmək niyyətindədir.

Publika.az xəbər verir ki, “kvartet”in təqdim etdiyi ərizədə çempionat oyunlarının Farer adaları və İslandiya ərazisində də keçiriləcəyi əksini tapacaq.

Bu, Skandinaviya ölkələri qalib olacaqları halda gerçəkləşəcək. Uğursuzluq təqdirində isə AÇ-2028-ə namizədlik irəli sürüləcək. Ölkə rəsmilərinin birgə bəyanatında deyilir: "Şimal ölkələri ortaq dəyərlərə malikdirlər və özləri çempionat keçirmək istəyirlər. Həm iqtisadi, həm də ekoloji standartlara cavab verən çoxlu oyun keçirmək istəyirik. Ev sahibinin seçimi prosesi 2018-ci ildə olacaq. Lakin biz hazırlıqlara indidən başlamaq istəyirik".

Qeyd edək ki, AÇ-2016 Fransada, AÇ-2020 isə qitənin 13 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm