İtaliya millisinin baş məşqçisi “Çelsi”də - RƏSMİ
Bizi izləyin

İdman

İtaliya millisinin baş məşqçisi “Çelsi”də - RƏSMİ

Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte İngiltərənin "Çelsi" klubu ilə müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, London klubunun rəsmi saytı italyan mütəxəssislə 3 illik müqavilə imzalandığını yazıb.

46 yaşlı mütəxəssis yeni mövsümdən komandanın başında olacaq. A.Konte buna qədər İtaliya yığması ilə Fransada keçiriləcək AÇ-2016-da çıxış edəcək.

"The Sun"ın iddiasına görə, baş məşqçi yeni komandasında ildə 6 milyon avro qazanacaq.

Qeyd edək ki, A.Konte baş məşqçi karyerası ərzində "Bari", "Atalanta", "Siena" və "Yuventus" klublarında çalışıb. Ötən ilin dekabrında uğursuz nəticələr səbəbindən Joze Mourinyo ilə yollarını ayıran "Çelsi"yə hazırda Qus Hiddink başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm