Olimpiya çempionumuza erməni rəqib çıxdı
Bizi izləyin

İdman

Olimpiya çempionumuza erməni rəqib çıxdı

Olimpiya çempionumuza erməni rəqib çıxdı

Bu gün Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı keçirilir. Publika.Az xəbər verir ki, yığmamızın üzvləri artıq Finlandiyadadır. Çempionat aprelin 6-a qədər davam edəcək.

FİLA-nın rəsmi saytı AÇ-nin favoritlərini açıqlayıb. Favoritlərdən biri də 65 kq-da mübarizə aparan sərbəst güləş yığmamızın üzvü Toğrul Əsgərovdur (65 kq). Olimpiya çempionumuza öz çəki dərəcəsində əsas rəqib kimi erməni David Safəryan və rusiyalı Məhəmməd Qurbanəliyev göstərilir.

AÇ-nin favoritləri arasında daha üç azərbaycanlı güləşçi var. Bunlar Xetaq Qazyumov (97 kq), Mariya Stadnik (48 kq) və Yuliya Ratkeviçdi (60 kq).

Qeyd edək ki, Çempionatın ilk günündə 65 və 97 kq sərbəst, 48 və 58 kq qadın güləşçilər mübarizə aparacaq. Püşkatmanın nəticələrinə əsasən, güləşçilərimizin ilk rəqibləri məlum olub.

65 kq

1/8 final - Toğrul Əsgərov - Borislav Noviçkov (BUL)

97 kq

1/8 final - İvan Yankovski (BLR) - Xetaq Qazyumov

48 kq

1/8 final - Mariya Stadnik - Nadejda Fedorova (RUS) / Sarianna Savola (FİN)

58 kq

1/4 final - İrina Netreba - Viktoriya Bobeva (BUL)

İlk görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri isə, saat 20:00-da başlayacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm