ÇL: “Bavariya” – “Benfika” və İspaniya derbisi
Bizi izləyin

İdman

ÇL: “Bavariya” – “Benfika” və İspaniya derbisi

Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, qarşılaşmalar İspaniya və Almaniyada baş tutacaq.

"Barselona" doğma azarkeşlər önündə digər bir İspaniya təmsilçisi "Atletiko"nu sınağa çəkəcək. İspaniya derbisi həm də türkiyəli futbolçu Arda Turanın sabiq komandası “Atletiko”ya qarşı oynamasıyla əlamətdar olacaq.

Münhendə isə "Bavariya" Portuqaliya "Benfika"sını qəbul edəcək. Cütün favorite şübhəsiz ki, “Bavariya”dır. Ancaq hər iki komanda da itkilər var.

Çempionlar Liqası. 1/4 final, ilk oyunlar

22:45 Bavariya (Almaniya) - Benfika (Portuqaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Münhen. "Alyans Arena"

22:45 Barselona (İspaniya) - Atletiko (İspaniya)

Baş hakim: Feliks Brıx (Almaniya)

Barselona. "Kamp Nou"

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk mərhələsinə aprelin 6-da keçiriləcək PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) və "Volfsburq" (Almaniya) - "Real" (İspaniya) oyunları ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm