Hərbi təlim başladı
Bizi izləyin

İdman

Hərbi təlim başladı

Fransanın Bordo şəhərinin mərkəzi meydanında təhlükəsizlik qüvvələrinin təlimi keçirilib.

Publika.az xəbər verir ki, təlimdə terroristlərin hücumu zamanı təhlükəsizlik qüvvələrinin hərəkət qrafiki sınaqdan çıxarılıb. Əsas məqsəd AÇ-2016 zamanı baş verə biləcək hər hansı bir insidentin qarşısını vaxtında və itkisiz almaqdı.

Fransanın daxili işlər naziri Bernar Kaznyov və səhiyyə naziri Marisel Turen də təlimlərə qatılıblar. Təlimdə xüsusi təyinatlı qüvvələrdən, polis və jandarmlardan savayı, yanğınsöndürənlər, hərbi qüvvələr də iştirak ediblər.

AÇ-2016-nın oyunları Bordonun "Stad-de-Bordo" arenasında keçiriləcək. Bu arena 42 min azarkeş tutur və 2015-ci ilin may ayında istifadəyə verilib. Stadionun tikintisinə 184 milyon avro xərclənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm