Ermənilər Azərbaycan və Türkiyədəki yarışlara qatılmayacaqlar
Bizi izləyin

İdman

Ermənilər Azərbaycan və Türkiyədəki yarışlara qatılmayacaqlar

Ermənistan Boks Federasiyasının prezidenti, deputat Artur Qevorqyan təmas xəttində baş verənlərlə bağlı bəyanatla çıxış edib.

APA-nın “armtoday.info”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Boks Federasiyasının rəsmi saytında məlumat verilib. Bəyanatda bildirilir: “Hazırkı hərbi vəziyyəti nəzərə alaraq, Ermənistan Boks Federasiyasının prezidenti kimi idmançılarımıza Türkiyə və Azərbaycanda keçiriləcək Olimpiya oyunlarının təsnifat mərhələlərində iştirak etməyə icazə vermirəm. Ən vacib məsələ Ermənistan vətəndaşlarının həyatının təhlükəsizliyidir. Əminəm ki, azarkeşlərimiz bizi anlayacaq. Sərbəst qrafik üzrə fəaliyyət göstərən idmançılarımız hərbi hissələrə qayıdıb, tam hərbi xidmət keçəçəklər ki, lazım olduğu təqdirdə döyüşə hazır olsunlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm