Voleybolçularımız meydana hərbi geyimdə çıxdı - FOTOLAR
Bizi izləyin

İdman

Voleybolçularımız meydana hərbi geyimdə çıxdı - FOTOLAR

Bu gün startı verilən Azərbaycan Super Liqasında final mərhələsinin oyunları bir dəqiqəlik sükutla başlanıb.

Publika.az xəbər verir ki, 3-cü yer uğrunda "Azəryol"la "Lokomotiv" komandaları meydana pankartlar və hərbi geyimdə çıxıblar.

"Lokomotiv" voleybolçularının hərbi geyimdə olmaları diqqət çəkib. Onların əlində "Nagorno Karababagh belongs Azerbaijan" ("Dağlıq Qarabağ Azərbaycanındır") pankartı olub. "Azəryol"un voleybolçuları kiçik bayraqlarla və "Biz ordumuzla fəxr edirik" yazılmış parkartlarla olub. Komandanın məşqçilər heyəti hərbi formada meydana çıxıb. Qarşılaşmadan öncə 1 dəqiqəlik sükut elan olunub və Azərbaycanın dövlət himni səsləndilrilib.

Qeyd edək ki, bu oyunun ardından "Telekom"la "Azərreyl" arasında final görüşü keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm