Parisdə "sülh", Almaniyada çevriliş (YENİLƏNİB)
Bizi izləyin

İdman

Parisdə "sülh", Almaniyada çevriliş (YENİLƏNİB)

Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki görüş keçirilib.

Publika.az xəbər verir ki, ikinci oyun günündə azarkeşlərin diqqəti Fransa və Almaniyaya yönəlib.

Artıq bir neçə tur öncədən ölkə çempionluğunu rəsmiləşdirmiş PSJ doğma azarkeşlər önündə İngiltərənin "Mançester Siti" komandası ilə qarşılaşıb. İngilislər səfərdən məhsuldar heç-heçəylə dönərək cavab oyunu ərəfəsində psixoloji üstünlük əldə edib.

La Liqada çempionluqdan uzaq düşən və buna görə bütün diqqətini Çempionlar Liqasına yönəldən “Real” isə "Folksvagen Arena"da “Volfsburq”un qonağı olub. Bundesliqada uğursuz mövsüm keçirən, ÇL-də isə gözlənilmədən bu mərhələyə qədər irəliləyən “Canavarlar” yenə futbol ictimaiyyətini təəccübləndirib. "Real" səfərdə 0:2 hesabıyla məğlub olaraq növbəti mərhələ şansını möcüzəyə saxlayıb.

Çempionlar Liqası. 1/4 final, ilk oyunlar

6 aprel

PSJ (Fransa) - Mançester Siti (İngiltərə) 2:2

İbrahimoviç, 41. Rabiot, 59 - De Bruyne, 38. Fernandinyo, 72

Volfsburq (Almaniya) - Real (İspaniya) 2:0

Rodriges, 18-p. Arnold, 25.

Qeyd edək ki, ilk oyun günündə "Barselona" evdə "Atletiko"nu 2:1, "Bavariya" isə "Benfika"nı 1:0 hesabı ilə məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm