Toni Adams Qarabağ hadisələrindən danışdı
Bizi izləyin

İdman

Toni Adams Qarabağ hadisələrindən danışdı

Toni Adams Böyük Britaniyanın demək olar ki, ən məşhur və tanınan futbolçular sırasındadır.

Publika.az xəbər verir ki, “Cənab Arsenal” kimi tanınan bu əfsanəvi idmançı 22 illik karyerası müddətində 500 dəfə komanda tərkibində oyunlarda iştirak etmış və İngiltərə millisi üçün 66 kubok qazanmışdır. Həmçinin, o, milli komandanın kapitanı olmuşdur.

2010-cu ildən başlayaraq, o, Azərbaycanda çalışır. Əvvəlcə, “Qəbələ” Futbol Klubunun baş məşqçisi vəzifəsində, daha sonra “Qəbələ” İdman Klubunun Futbol Direktoru kimi fəaliyyət göstərməyə başlayıb. Azərbaycan - Ermənistan qoşunlarının təmas xəttində atəşkəş rejiminin düşmən tərəfindən pozulması ilə bağlı açıqlama verib:

“Münaqişənin yenidən alovlanması, mülki şəxslərin yaralanması, qətlə yetirilməsi, eləcə də, yaşayış məntəqələrinin dağıdılması yolverilməzdir. Mən, Azərbaycanda yaşadığım müddətdə dəfələrlə azərbaycanlı məcburi köçkünlərlə görüşmüşəm, onların düçar olduğu problemlərlə yaxından tanışam. Onların dərdinə şərik çıxıram. Ümidvaram ki, onlar tezliklə öz dogma yurd-yuvalarına qayıdacaqlar. “Qəbələ” İdman Klubunun üzvləri ümid edir ki, Dağlıq Qarabağda sülh bərqərar olacaqdır. Müharibədə mülki vətəndaşlar heç vaxt hədəf olmamalıdır, onlar sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdirlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm