Millimizə yeni baş məşqçi təyin olundu
Bizi izləyin

İdman

Millimizə yeni baş məşqçi təyin olundu

Azərbaycanın kayak və kanoe üzrə milli komandasına yeni baş məşqçi təyin olunub.

Publika.az xəbər verir ki, ukraynalı Avropa və dünya çempionu Dmitri Sablin yeni vəzifədə həmyerlisi Aleksandr Kolıbelnikovu əvəzləyib. D.Sablinin qarşısına Azərbaycan kayakçı və kanoeçilərinə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına növbəti lisenziyalar qazandırmaq və milli komandanı qarşıdakı olimpiadaya yüksək səviyyədə hazırlamaq tapşırığı qoyulub.

Qeyd edək ki, Dmitri Sablin 7 fevral 1979-cu ildə Ukraynanın Kremençuk şəhərində anadan olub. 37 yaşlı mütəxəssis kanoeçi kimi 1990-cı illərin sonları - 2000-ci illərin əvvəllərində Ukrayna yığmasını təmsil edib. Karyerası ərzində 2000-ci il Sidney Yay Olimpiya Oyunlarında iştirak etmiş D.Sablin 2001-ci ildə 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə dünya və Avropa çempionu olub. Onun aktivində dünya (2003) və Avropa çempionatlarının (1999, 2000, 2006) bürünc medalı da var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm