Ronaldo transferə çıxarıldı - 60 milyona!
Bizi izləyin

İdman

Ronaldo transferə çıxarıldı - 60 milyona!

"Real" rəhbərliyi Kriştiano Ronaldo ilə vidalaşmağa hazırdı.

Publika.az “Sky Sports”-a istinadən xəbər verir ki, "Kral klubu" portuqaliyalı futbolçunu 60 milyon avroya satmağa razıdır.

Məlumata görə, Ronaldonun agenti optimal variant əldə etmək üçün "Real" rəhbərliyi ilə danışıqlara başlayıb. Ehtimal olunur ki, Ronaldo illik 20-25 milyon avro məvacib tələb edir. Buna görə də klub onunla yolları ayırmaq niyyətindədir.

“Real” rəhbərliyi 2018-ci ildə müqaviləsi sona çatacaq "CR7"-dən pul qazanaraq ayrılmağı planlaşdırır.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Ronaldonun xidmətində "Mançester Yunayted" və PSJ maraqlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm