HƏSRƏT BİTDİ: Protestantlarla katoliklər yenidən bir arada
Bizi izləyin

İdman

HƏSRƏT BİTDİ: Protestantlarla katoliklər yenidən bir arada

Şotlandiya nəhəngi “Reyncers” yenidən Premyer Liqaya qayıdıb.

Publika.az xəbər verir ki, Çempionşipin 32-ci turunda “Dambarton”a qalib gələn (1:0) “Reyncers” elitaya vəsiqəni təmin edib. Bu qələbədən sonra Qlazqo klubu xallarının sayını 79-a çatdırıb. “Reyncers” ikinci pillədə qərarlaşan “Falkirk”i 17 xal qabaqlayır ki, bu da birinci pillənin təmin olunması deməkdir.

“Qlazqo Reyncers” 4 ildən sonra Şotlandiya Premyer Liqasına qayıdır. Komanda 2012/2013 mövsümündə cəzalanaraq, 4-cü diviziona göndərilmişdi.

“Reyncers” 54 dəfə Şotlandiya çempionu olub. Bu, rekord göstərici sayılır. Qlazqo klubunun cəzalı olduğu 4 ildə Şotlandiyada çempionluğu əzəli rəqib “Seltik” qazanıb.

Daim prinsipiallığı ilə seçilən bu komandaların oyununda ölüm-dirim mübarizəsi dərəcəsində rəqabətin olması həm də siyasi xarakter daşıyır. Səbəbi “Reyncers”in "Protestant və Kraliça klubu", “Seltik”in isə kraliçaya boyun əyməyən katoliklərın komandası olmasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm