Stadnik yenə birincidir - REYTİNQ
Bizi izləyin

İdman

Stadnik yenə birincidir - REYTİNQ

Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var.

5-ci dəfə Avropa çempionu tituluna yiyələnən Mariya Stadnik reytinq siyahısında liderliyini möhkəmləndirib. Avropa çempionatının 60 kq çəkidə bürünc medalına yiyələnən Yuliya Ratkeviç 58 kq çəkinin reytinq siyahısında bir pillə yüksələrək 5-ci olub. Ötən ayın reytinq siyahısında 55 kq çəkidə 9-cu mövqedə qərarlaşan Avropa çempionatında 58 kq-da qızıl medal qazanan Nataliya Sinişin 7-ci sıraya yüksəlib. U-23 Avropa çempionatının qalibi Tatyana Omelçenko da reytinqdəki mövqeyini yaxşılaşdırıb. 10 pillə yüksələn güləşçimiz 9-cu sırada qərarlaşıb.

48 kq

1. Mariya Stadnik - Avropa çempionatı 1-ci yer (1)

53 kq

8. Anjela Doroqan - Kiyev turniri 2-ci yer (5)

55 kq

18. Alyona Kolesnik - U-23 AÇ 2-ci yer (18)

58 kq

5. Yuliya Ratkeviç - Avropa çempionatı 3-cü yer (60 kq) (6)

7. Nataliya Sinişin - Avropa çempionatı 1-ci yer (9 / 55 kq)

60 kq

9. Tatyana Omelçenko - U-23 AÇ 1-ci yer (19)

16. İrina Netreba - Polşa turniri 3-cü yer (8)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm