• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

FİDE rəsmiləri “Crystal Hall”u bəyəndi

  • İdman
  • 7 Aprel 2016 23:35
  • 618 Baxış
FİDE rəsmiləri “Crystal Hall”u bəyəndi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti vəzifəsini icra edən Georgios Makropulosun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Publika.az xəbər verir ki, FİDE rəsmiləri gənclər və idman naziri Azad Rəhimov, eləcə də BŞOƏK-nin rəhbərliyi ilə görüşərək, yarışın hazırlıq işləriylə tanış olub.

FİDE nümayəndə heyəti eyni zamanda 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi "Crystal Hall"da təşkilati işlərlə maraqlanıb. Qonaqlar Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovla görüşüb. Arenada oyun zalı, mətbuat və tibb otağı, VİP sektor, tamaşaçılar üçün nəzərdə tutulan yerlərə baxış keçirilib.

FİDE rəsmilərinə "Crystal Hall"da mətbuat işçilərinin rahat çalışması üçün xüsusi geniş mərkəzin fəaliyyət göstərəcəyi barədə məlumat verilib. Olimpiada vaxtı tamaşaçılar da oyun zalına asanlıqla daxil ola biləcək. Oyun zalında yerləşdiriləcək monitorlar partiyaları bütün istiqamətlərdən rahat izləməyə imkan verəcək. Arenadakı vəziyyətlə tanış olan G.Makropulos görülən işlərdən razılığını bildirib. O, oyun zalında şahmatçılar üçün geniş yerin ayrıldığını xüsusi vurğulayıb. Hazırlıq işlərinin həlledici mərhələyə yaxınlaşdığını söyləyən BŞOƏK-nin direktoru Mahir Məmmədov yarışın yüksək səviyyədə keçirilməsi üçün lazımi işlərin görüləcəyini deyib.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14 gün davam edəcək. Olimpiada günlərində paytaxtda həm də FİDE Konqresinin növbəti iclası olacaq.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR