Azərbaycana Portuqaliya, Belçika və Şotlandiya düşdü (YENİLƏNİB)
Bizi izləyin

İdman

Azərbaycana Portuqaliya, Belçika və Şotlandiya düşdü (YENİLƏNİB)

Bu gün Bakı Olimpiya Stadionunda UEFA U-17 Avropa çempionatı Azərbaycan 2016-nın püşkatma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təkilat Komitəsinin üzvləri, çempionatın səfiri, respublikanın əməkdar artisti Röya Ayxan, İtaliya futbolunun tanınmış nümayəndəsi Françesko Toldo və digər rəsmi şəxslər iştirak ediblər.

Püşkatmanın ümumi nəticəsi isə belə olub:

A qrupu

1. Azərbaycan

2. Portuqaliya

3. Belçika

4. Şotlandiya

B qrupu

1. Ukrayna

2. Almaniya

3. Avstriya

4. Bosniya və Herseqovina

C qrupu

1. Fransa

2. Danimarka

3. İngiltərə

4. İsveç

D qrupu

1. İtaliya

2. Serbiya

3. Hollandiya

4. İspaniya

***

10:55

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının ölkəmizdə keçiriləcək final mərhələsinin püşkü atılacaq.

Publika.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək tədbirdə 16 komanda 4 qrupa bölünəcək. Püşkatma saat 12:30-da başlayacaq. Mərasimdə AFFA-nın rəhbərliyi, Avropa və ölkə futbolunun tanınmış simaları, turnirin UEFA və Yerli Təşkilat Komitəsinin üzvləri və digər rəsmi şəxslər iştirak edəcəklər.

Püşkatmada yalnız Azərbaycan yığması iştirak etməyəcək. Belə ki, qaydalara əsasən meydan sahibi püşksüz A qrupunun 1-ci komandası olacaq. Bu qrupun digər 3 komandası, həmçinin B, C və D qruplarını təşkil edən “dordlük”lər püşklə müəyyənləşəcək.

Püşkatma zamanı komandalar iki səbətdə yer alacaq. Elit-raundda qrup qalibi olan 8 komandadan ən yaxşı nəticəyə malik 7 yığma 1-ci səbətdə qərarlaşacaq. Bu komandalardan biri A qrupunda yer alacaqsa, digər “dördlük”lərin hərəsinə iki səpələnmiş daxil olacaq.

A səbəti

Danimarka

Ukrayna

İtaliya

Almaniya

Portuqaliya

Fransa

Serbiya

B səbəti

Belçika

Şotlandiya

İngiltərə

Bosniya və Herseqovina

Hollandiya

İsveç

Avstriya

İspaniya

Püşkatma nəticəsində qrup mərhələsinin təqvimi də bəlli olacaq. Bu raundun ilk turu mayın 5-6-da, növbəti turu 8-9-da, son matçları 11-12-də keçiriləcək. Hər gün 2 qrupun hərəsində 2 matç - yəni 4 oyun baş tutacaq. Hər qrupdan iki komandanın yüksəldiyi 1/4 final ayın 14-15-də, yarımfinal 18-də, final isə 21-də keçiriləcək. Oyunlar Bakı Olimpiya Stadionu, “Dalğa Arena”, “Qarabağ Stadium” və 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm