“Qarabağ” “Kəpəz”i sınağa çəkir
Bizi izləyin

İdman

“Qarabağ” “Kəpəz”i sınağa çəkir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 29-cu tura start veriləcək.

Publika.az xəbər verir ki, turun ilk oyun günündə bir oyun keçiriləcək.

"Qarabağ" Bakıda "Kəpəz"lə münasibətlərinə aydınlıq gətirəcək. Turnir cədvəlinin hazırkı lideri qələbə qazanacağı təqdirdə xal ehtiyatını 63-ə çatdıracaq. Avrokuboklara vəsiqə qazanmaq üçün çalışan "Kəpəz" isə səfər qələbəsi ilə dönəcəyi təqdirdə aprelin 9-da keçiriləcək "İnter" - AZAL oyununun nəticəsindən asılı olaraq 3-cülüyü ələ keçirə bilər.

Komandalar bugünədək ölkə çempionatlarında 40 oyun keçirib. Bunlardan 18-i "Qarabağ"ın, 14-ü isə "Kəpəz"in qələbəsi ilə başa çatıb. Qalan 8 oyunda isə tərəflər meydanı sülhlə tərk ediblər. Gəncə təmsilçisi 15 oyundur qələbə qazanmır. Ardıcıl 4 qələbə qazanan "Qarabağ" son 10 qarşılaşmada rəqibinə cəmi 1 xal verib. Ağdamlılar son 4 ev oyununda 3 xal əldə edib. "Sarı-göylər" son qələbəsini 14, səfər qələbəsini isə 17 il öncə qazanıb.

8 aprel

17:30 "Qarabağ" – "Kəpəz"

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Ziya Nəsirov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Asim Xudiyev

Bakı. "Azərsun Arena".

Qeyd edək ki, turun digər oyunları 9 və 10 apreldə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm