Sayarkən barmaqlarından istifadə edən futbolçu kimdir?
Bizi izləyin

İdman

Sayarkən barmaqlarından istifadə edən futbolçu kimdir?

Uruqvay yığmasının keçmiş hücumçusu, Luis Suaresin sabiq agenti Daniel Fonseka futbolçuya qarşı ağır ittihamlar səsləndirib.

Publika.az xəbər verir ki, Fonseka “Suaresin psixikasında və mənəviyyatında problemlər var” deyib. O, Suaresi ruhi xəstə, qorxaq və həyasız adam kimi xarakterizə edib.

Fonseka Suaresə qarşı belə ittihamları futbolçunun mətbuata verdiyi açıqlamadan sonra deyib. Luis bildirmişdi ki, 2006-cı ildə “Nasyonal”dan “Qroningen”ə keçərkən Fonseka transfer məbləğinin 20 faizi miqdarında məbləği ona borclu qalıb. O, bildirib ki, bu məbləği növbəti transfer zamanı ödəyəcək. Amma vədinə əməl etməyib. Bundan sonra Fonseka mətbuata bunları deyib:

“Suares yalan danışır. O, sübut edir ki, psixi və mənəvi problemləri olan insandır. Əlbəttə, biz onu elə belə də tanıyırıq. Suares hələ də psixoloqun xidmətlərindən yararlanır. Amma düşünürəm ki, bu, ona kömək etməyəcək.

Suares hətta saymağı belə bacarmır. O, sayarkən barmaqlarından istifadə edir. Qoy o, həyasızlığından əl çəkib, həqiqəti desin. Suares qorxaq və ruhi xəstədir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm