• USD 1,7000 0,00% EUR 1,9967 -0,29%
    • GBP 2,2236 -1,47% RUB 0,0256 0,00%

“Qarabağ” və “Zirə” rekordları sıralayır

  • İdman
  • 11 Aprel 2016 13:49
  • 602 Baxış
“Qarabağ” və “Zirə” rekordları sıralayır

Azərbaycan Premyer Liqasının 29-cu turu bir sıra maraqlı məqamarla yadda qaldı.

Publika.az xəbər verir ki, “Kəpəz”i 4:0 hesabı ilə məğlub edərək ardıcıl 6-cı qələbəsini qazanan “Qarabağ” sonuncu dəfə 23-cü turda “İnter”lə oyunda xal itirib – 1:1. Bununla da Ağdam klubu mövsümün rekordunu yeniləyib. Bunadək rekord 19-23 turlarda 5 qələbə qazanan “Zirə”yə məxsus idi.

24-cü turda məhz “Zirə”nin seriyasını 2:0 hesablı qələbə ilə dayandıran “Qarabağ” ardınca “Sumqayıt” (2:0), “Qəbələ” (2:1), “Rəvan” (5:1), “Xəzər Lənkəran”ı (2:1) məğlub etmişdi.

29-cu turda həm də mövsümünün yeni rekordu qeydə alınıb. Rəqib meydanında “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Zirə” çempionatın ən böyükhesablı səfər qələbəsini qazanıb. Bunadək rəqib meydanında qazanılan yeganə böyükhesablı qələbə də “Rəvan”la matça təsadüf etmişdi. Ötən il sentyabrın 25-də “Qəbələ” səfərdən 3 cavabsız qolla dönmüşdü. Mövsümün digər 9 böyük hesabı isə meydan sahiblərinin qələbəsi ilə rəsmiləşib.

Bu, həm də “Zirə”nin Premyer Liqadakı ən böyükhesablı qələbəsi olub. Bunadək yalnız paytaxt klubu evdə “Neftçi”ni 3 top fərqi ilə udmuşdu – 3:0.

Nəhayət ki, mövsümün ilk het-trikini də gördük. Bu əlamətdar hadisə də “Rəvan” – “Zirə” oyununda yaşanıb. Meydan sahiblərini 3 dəfə məyus edən Nelson Bonilla ilkin müəllifi olub. Ölkə çempionatları tarixinə het-trik edən həm ilk salvadorlu, həm də ilk “Zirə” təmsilçisi kimi düşən hücumçu Premyer Liqadakı het-triksiz dövrə son qoyub. Belə ki, ötən çempionatda da 3 qol vuran olmamışdı. Düzdür, nəticələri ləğv olunan “Araz-Naxçıvan”la görüşlərdə bir dəfə belə uğura imza atan olmuşdu. Lakin nəticəsi tarixə düşməyən qarşılaşmanı saymasaq, sonuncu het-trik 2013/14 mövsümündə, 2014-cü il mayın 7-də qeydə alınıb. 704 gün əvvəl “Qarabağ”ın “İnter” üzərindəki 4:1 hesablı qələbəsində Reynaldo 3 qolla pay sahibi olub.

Bonillanın het-triki 1992-ci ildən keçirilən ölkə çempionatlarında bir futbolçunun bir görüşdə 3 qol vurduğu 175-ci belə hadisədir.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>