Hədəfə bir addım qaldı
Bizi izləyin

İdman

Hədəfə bir addım qaldı

Sabah futzal üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə yekun vurulacaq.

Publika.az xəbər verir ki, bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada keçiriləcək mundialda “Köhnə qitə”ni təmsil edəcək 7 komanda müəyyənləşəcək.

Bu, pley-offun cavab oyunlarından sonra bəlli olacaq. Kolumbiyaya vəsiqələrə 14 iddiaçı arasında Azərbaycan yığması da var. Millimiz sabah Hollandiya ilə cavab matçına çıxacaq.

Faustino Peresin yetirmələri “narıncılar”ı keçsə, tarixində ilk dəfə dünya çempionatına yüksələcək. Martın 22-də Almiere şəhərində keçirilən ilk qarşılaşmada meydan sahiblərinə “dərs keçib”, 5:1 hesablı qələbə qazanan yığmamız vəzifənin öhdəsindən böyük ölçüdə gəlib.

Qeyd edək ki, Bakı İdman Sarayında keçiriləcək qarşılaşma 20:00-da başlayacaq.

DÇ-2016-nın pley-off mərhələsi, cavab oyunu

12 aprel

20:00 Azərbaycan - Hollandiya

Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moshe Bohbot (İsrail)

UEFA nümayəndəsi: Cristian Vomicu (Rumıniya)

Hakim-inspektor: Antonio Jose Fernando Cardoso (Portuqaliya)

Bakı İdman Sarayı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm