İki ermənini məğlub etdik, 8 medal qazandıq...
Bizi izləyin

İdman

İki ermənini məğlub etdik, 8 medal qazandıq...

Fransanın Tuluza şəhərində sambo üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı keçirilib.

Publika.az xəbər verir ki, Azərbaycan milli komandası yarışı 2 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurub.

Fəxri kürsünün ən yüksək pilləsinə yeniyetmələrdən Asim Əhmədov (70 kq), gənclərdən Əliş Yusifov (48 kq) yüksəlib. Yeganə gümüş medala gənc samboçu Aslan Mirzəyev (90 kq) sahib çıxıb. Bürünc medalları isə yenyetmələrdən Fuad Məmmədov (56 kq), Tural Allahverdiyev (62 kq) və Bahadır Əsgərov (65 kq), gənclərdən Murad Əliyev (52 kq) və Abdulla Abdullayev (60 kq) qazanıb.

Qeyd edək ki, hər iki Avropa çempionu finalda rusiyalı rəqiblərini məğlub edib. Asim Əhmədov Yevgeni Koskoya qalib gəlibsə, Əliş Yusifov erməni əsilli Arman Tovmasyanı üstələyib. Tural Allahverdiyev isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Ernest Hayrapetyanı məğlub edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm