Dünyanın ən çox qazanan futbolçusu odur
Bizi izləyin

İdman

Dünyanın ən çox qazanan futbolçusu odur

“Barselona”nın və Argentina millisinin hücumçusu Lionel Messi dünyanın ən çox qazanan futbolçusudur.

Publika.az xəbər verir ki, Leo 2015-ci ildə 74 milyon avro qazanıb. əvvəlki hesablamalarla müqayisədə onun gəliri 9 milyon avro artıb.

İkinci yerdə isə onun meydandakı əsas rəqiblərindən biri Kristiano Ronaldo (67,4 milyon avro) qərarlaşıb. 3-cü pillədə daha bir “Barsa”lı Neymar (43,5 milyon avro) var.

Bu nominasiyada lider üçlük 3 ildir dəyişmir. Ümumi məbləğə oyunçuların əməkhaqqı (vergi və soisal ödənişlər çıxılmamış), müqavilə və bonus gəlirləri, həmçinin reklam müqavilələri daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm