
Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb.
Azərbaycan millisi əvvəlki mövqeini qoruyub. Komanda əvvəlki kimi 10-cu pillədədir. Azərbaycan millisinin dünya çempionatının pley-off mərhələsindəki rəqibi Hollandiya isə 26-cıdır. Siyahıya yenə də Braziliya yığması başçılıq edir. İspaniya ikinci, Rusiya isə üçüncüdür.