Çempionlar Liqasında 1 aprel zarafatı: hər ikisi 1:1
Bizi izləyin

İdman

Çempionlar Liqasında 1 aprel zarafatı: hər ikisi 1:1

Avropanın bir nömrəli klub turniri Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Bu axşam keçirilən iki oyunla mərhələ başlayıb.

Avropanın bir nömrəli klub turniri Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib. Bu axşam keçirilən iki oyunla mərhələ başlayıb.

Qarşılaşmaldardan birində La Liqanın liderləri - "Atletiko" və "Barselona" arasında keçirilib. "Nou Kamp" keçiriləcək matçıda qalib müəyyənləşməyib. Hesabı ilk yarıda zədələnən Dieqo Kostanın yerinə meydana çıxmış adaşı Dieqo açıb. O, 56-cı dəqiqədə Qabi Fernandesin ötürməsini qola çevirib. 71-ci dəqiqədə isə Andres İnyestanın ötürməsindən sonra fərqlənən Neymar bərabərliyi təmin edib və matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bununla da "Atletiko" üstünlük əldə edib. Madrid klubuna cavab matçında 0:0 hesablı bərabərlik də sərf edəcək.

Günün digər matçında Çempionlar Liqasının son qalibi "Bavariya" və İngiltərə nəhəngi "Mançester Yunayted" qarşılaşıb. "Old Trafford"da baş tutan bu qarşılaşma da eyni hesabla başa çatıb - 1:1. Hesabı 58-ci dəqiqədə Ueyn Runidən məhsuldar ötürmə alan Nemanya Vidiç açıb. "Bavariya" buna 67-ci dəqiqədə Bastian Şvaynştaygerin qolu ilə cavab verib. O, Mario Mandzukiçin ötürməsini qola çevirib. "Bavariya"nın qəhrəmanı Şvaynştayger son dəqiqədə anti-qəhrəmana çevirilib. Belə ki, o, qırmızı vərəqə alıb və cavab matçında komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin digər iki matçı keçiriləcək. Bu oyunlarda PSJ "Çelsi"ni, "Real" "Borussiya"nı (Dortmund) qəbul edəcək.

Çempionlar Liqası

2013/14 mövsümü

1/4 final (ilk oyunlar)

1 aprel

23.45 Barselona (İspaniya) - Atletiko (İspaniya) 1:1

Qollar: Neymar, 71 - Dieqo, 56.

Barselona: Jose Manuel Pinto, Cerard Pike (Mark Bartra, 12), Xavyer Maskerano, Jordi Alba, Dani Alveş, Kesk Fabreqas (Aleksis Sançes, 68), Xavi, Andres İnyesta, Serxio Buskets, Lionel Messi, Neymar.

Ehtiyat oyunçular: Oyer Olazabal, Adriano, Aleks Sonq, Serji Roberto, Pedro Rodriges.

Baş məşqçi: Cerardo Martino.

Atletiko: Tibaut Kourtois, Dieqo Qodin, Filipe Luis, Xuanfran, Miranda, Tyaqo, Koke, Arda Turan (Kristian Rodriges, 77), Qabi Fernandes, Dieqo Kosta (Dieqo, 30), David Vilya (Jose Sosa, 70).

Ehtiyat oyunçular: Dani Aranzubia, Tobi Alderveyreld, Emiliano İnsua, Mario Suares.

Baş məşqçi: Dieqo Simeone.

Sarı vərəqələr: Andres İnyesta, 52. Jordi Alba, 58 - Koke, 19. Qabi Fernandes, 38. Arda Turan, 44. Xuanfran, 52. Dieqo, 80. Jose Sosa, 90+2.

Baş hakim: Feliks Brix (Almaniya).

Barselona. "Nou Kamp" stadionu.

Mançester Yunayted (İngiltərə) - Bavariya (Almaniya) 1:1

Qollar: Nemanya Vidiç, 58 - Bastian Şvaynştayger, 67.

Mançester Yunayted: David De Gea, Pil Yones, Rio Ferdinand, Nemanya Vidiç, Aleksander Büttner (Eşli Yonq, 74), Rayan Giqqz (Şinji Kaqava, 46), Mixael Karrik, Antonio Valensiya, Marouane Fellaini, Ueyn Runi, Danni Velbek (Xavyer Hernandes, 85).

Ehtiyat oyunçular: Anders Lindeqaard, Nani, Darren Fletçer, Adnan Canuzay.

Baş məşqçi: David Moyes.

Bavariya: Manuel Neuer, Rafinya, Jerome Boatenq, Filip Lam, Frank Riberi, Xavi Martines, Aryen Robben, Tomas Müller (Mario Mandzukiç, 63), David Alaba, Bastian Şvaynştayger, Toni Kroos (Mario Götze, 74).

Ehtiyat oyunçular: Tom Starke, Daniel Van Buyten, Xerdan Şaqiri, Pierre Hoybyerq, Klaudio Pizarro.

Baş məşqçi: Pep Qvardiola.

Sarı vərəqələr: Antonio Valensiya, 15. Xavi Martines, 89 - Bastian Şvaynştayger, 61. Mario Mandzukiç, 82.

Qırmızı vərəqə: Bastian Şvaynştayger, 90.

Baş hakim: Karlos Velasko Karballo (İspaniya).

Mançester. "Old Trafford" stadionu.

Bombardirlər: Kriştiano Ronaldo (Real) - 13. Zlatan İbrahimoviç (PSJ) - 10. Lionel Messi (Barselona) - 8. Dieqo Kosta (Atletiko) - 7.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm