Millimiz üçün tarixi gün
Bizi izləyin

İdman

Millimiz üçün tarixi gün

Bu gün futzal üzrə Azərbaycan millisi dünya çempionatının "pley-off" mərhələsində cavab görüşünə çıxacaq.

Publika.az xəbər verir ki, rəqib Hollandiya yığmasıdır. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Hollandiyada 5:1 hesablı qələbə qazanan Azərbaycan millisinin Kolumbiyada keçiriləcək final mərhələsinə yollanmaq şansı daha çoxdur. Buna nail olsa, Tino Peresin baş məşqçi olduğu komanda tarixi uğura imza atacaq. İndiyədək Azərbaycanın heç bir yığması seçmə və "pley-off" mərhələlərini keçməklə, final mərhələsinə yüksələ bilməyib.

Qarşılaşmanın birinci hakimi avstriyalı Cerald Baurnfeind olacaq. İkinci hakim qismində Ukraynadan olan Oleq İvanov meydana çıxacaq. Üçüncü hakim funksiyasını israilli Moşe Bohbot yerinə yetirəcək.

Dünya çempionatı. Pley-off, cavab görüşü

12 aprel

20:00 Azərbaycan - Hollandiya

Hakimlər: Cerald Baurnfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moşe Bohbot (İsrail)

Bakı. Əl Oyunları Sarayı

İlk oyun - 5:1

Qeyd edək ki, iki oyunun nəticəsində qalib komanda 10 sentyabr - 2 oktyabrda Kolumbiyada təşkil olunacaq dünya çempionatına vəsiqə qazanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm