ÇL: “Real” və “Mançester Siti” yarımfinalda - VİDEO (YENİLƏNİB)
Bizi izləyin

İdman

ÇL: “Real” və “Mançester Siti” yarımfinalda - VİDEO (YENİLƏNİB)

Futbol üzrə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Publika.az xəbər verir ki, ilk iki görüş İngiltərə və İspaniyada baş tutub. "Mançester Siti" - PSJ duelində ingilislər sevinib. İlk oyunda Parisdə heç-heçə edən mançesterlilər cavab qarşılaşmasında lazım olan yeganə qolu vura bilib.

"Real"ın "Santyaqo Bernabeu"da "Volfsburq"dan qisas alıb-almayacağı günün əsas müzakirə mövzusu idi. Almaniyada gözlənilmədən "Canavarlar"a 2 top fərqiylə uduzan "Kral klubu" "Santyaqo Bernabeu"da bunun təsadüf olduğunu göstərdi. Oyunun qəhrəmanı isə het-trikə imza atan Ronaldo oldu.

Çempionlar Liqası. 1/4 final, cavab oyunları

12 aprel

22:45 Mançester Siti (İngiltərə) - PSJ (Fransa) 1:0

De Bruyne, 76.

İlk oyun - 2:2

22:45 Real (İspaniya) - Volfsburq (Almaniya) 3:0

Ronaldo, 16; 17; 77.

İlk oyun - 0:2

Qeyd edək ki, yarımfinalın digər iki iştirakçısı aprelin 13-də müəyyənləşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm